Holdinq Şirkəti

digər şirkətlərin nəzarət səhm paketlərinə sahib olmaqla onlar üzərində nəzarət hüququna malik olan şirkət.
Hipoteza
Holland Hərracı
OBASTAN VİKİ
Holdinq şirkəti
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
Bank holdinq şirkəti
Bank holdinq şirkəti — Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkət.
Holdinq
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
AF Holdinq
AF Holdinq 1991-ci ildən fəaliyyət göstərən Şirkətlər Qrupudur. Holdinqin baş ofisi Moskvada yerləşir, Bakı və Londonda flialları vardır. AF Holdinq həm Bakıda, həm də xaricdə tikinti, istehsal, əmlak və turizm sektorlarında fəal fəaliyyət göstərir. AF Bank Azərbaycan VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur. Everton Uğur 97 Muradlı AFSAN Plastik AF Pen AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.
APA Holdinq
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir. "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır. "APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır. "APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
Ata Holdinq
Ata Holdinq — 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Əhməd Erəntok idi. "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. "AtaHolding"-in maliyyə sektorunda "AtaSığorta" ASC, "AtaLizinq" ASC, turizm sektorunda "AtaTurizm" MMC, "AtaTravel" MMC və 5 ulduzlu "Excelsior Hotel Baku" hoteli, sənaye sektorunda "Şəmkir Quşçuluq" MMC və informasiya texnologiyaları sahəsində "AtaTexnologiya" MMC şirkətləri fəaliyyət göstərib. Holdinq və onun törəmə təsərrüfat cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. "AtaHolding" şirkətlər qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmişdir.
Cahan Holdinq
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Gilan Holdinq
Xəzri Solutions — Azərbaycanda fəaliyyət göstərmiş məhdud məsuliyyətli cəmiyyət (MMC). 2023-cü ilin iyuluna qədər Gilan Holdinq adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv olunduğunu elan edib. 1987-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayələr yatırır. Baş ofisi Bakıda yerləşir. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyur. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir. Azərbaycanda turizm, tikinti, qida maliyyə və s.
Gəmiqaya Holdinq
Gəmiqaya Holdinq adını Nuh əfsanəsi ilə əlaqələndirilən Naxçıvan ərazisindəki Gəmiqaya daş abidələrindən alıb.
ISR Holdinq
Karat Holdinq
Meqa Holdinq
Messenat Holdinq
Nurol Holdinq
Nurol Holding A.Ş., Türkiyədə fəaliyyət göstərən holdinq təşkilatı. Şirkət ticarət, müdafiə sənayesi, tikinti, maşınqayırma, istehsal, turizm, maliyyə, texnologiya, enerji, xidmət sahələrində fəaliyyət göstərir. 1966-cı ildə Arhavi (Artvin) mənşəli Çarmıklı ailəsinin üzvü olan 3 qardaşın müştərəkliyi ilə holdinqin ilk şirkəti olan Nurol İnşaat A.Ş. qurulmuşdur. Çarmıklı ailəsinin üç üzvünün bərabər paya sahib olduğu xüsusi mülkiyyətdir. Adını Nurəddin, Erol, Oğuz adlı qardaşların adlarındakı hecalardan götürmüşdür. Şirkətlər 1989-cu ildə holdinq çətiri altında birləşdirilmişdirlər. Baş ofisi Ankaradadır. Ankaranın ən güclü konqlomeratlarından biridir. 2001-ci ildə şirkətin 35 illik yubileyinə, keçmiş baş nazir və Türkiyə prezidenti Süleyman Dəmirəl qatılmışdır. 2007-ci ildə Sabah - ATV tenderində iştirak etməklə media sektoruna daxil olmağı düşünmüşdü, lakin şirkətlərin maliyyə vəziyyətinə baxdıqdan sonra buna əleyhinə qərar verildi.
PAŞA Holdinq
Paşa Holdinq və ya Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan şirkətlər qrupu. 1 noyabr 2006-cı il tarixdən fəaliyyət göstərən şirkət. Holdinqin investisiya portfeli iki növ yatırımlar əsasında qurulub: Holdinq ona məxsus şirkətlərdə nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir. Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir. "Kapital Bank" ASC-nin səhmlərinin 79,56%-i "PAŞA Holding" MMC-yə, 18,31%-i digər şirkətlərə, 2,13%-i isə fiziki şəxslərə aiddir. Bankın səhmdar kapitalı 185 milyon AZN adi səhmlərdən (tam ödənilmiş paylar) və 60 milyon AZN müddətsiz imtiyazlı, qeyri-kumulyativ səhmlərdən ibarətdir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 2021-ci ilin may ayı üçün 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Geniş çeşiddə bank xidmətləri göstərən Kapital Bank 4 milyona yaxın fiziki və 25 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlarda yaxından iştirak edir və iqtisadiyyatın real sektorunun inkişafı üzrə bir sıra proqramları həyata keçirir. Kapital Bank yerli özəl banklar arasında ən yüksək beynəlxalq reytinqə malik olan banklardan biridir.
Qarant Holdinq
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Azərsun Holdinq
Azərsun — ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətidir. Azərsun Azərbaycanda ən böyük qida istehsalçısı və ixracatçısıdır (28 qida markası istehsal olunur), həmçinin kağız və qablaşdırma ticarəti ilə məşğul olur. “Azərsun Holdinq” 1991-cü ildə, ilk dəfə olaraq, birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlarla təchiz etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi. Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində 1997-ci ildən fəaliyyətə başlayıb. Təhsilə töhfə verən SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində Azərsun tərəfindən qurulmuşdur. “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən "Təmizlik Vasitələri Fabriki" 01 aprel 2022-ci ildən istismara verildi. 2001-ci ildə Qarabağ futbol klubu'nda maliyyə problemləri yaranmışdır. "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra bu problem həll olundu. "Azərsun" Holdinq "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu.
Koç Holdinq
Koç Holdinq 1926-cı ildə Vəhbi Qoç tərəfindən qurulmuş holdinqdir . Türkiyənin ilk holdinqi və ölkə üzrə ən böyük özəl təşkilatlardan biri hesab olunur. Holdinqin baş ofisi İstanbulda Üsküdar, Nakkaştəpədə yerləşir. Koç Holdinqin tarixi şirkət qurucusu olan Vehbi Koçun 1920-ci illərdə Ankarada ticarət fəaliyyətinə başladığı vaxtlara qədər gedib çıxır. Zaman keçdikcə fəaliyyət sahələrini genişləndirən və 1950-ci illərdə müxtəlif sənaye şirkətləri qurmuş Vehbi Koç qida sənayesindəki uğurlarındansonra elektrik cihazları və avtomobil sektoruna da adım atmışdır. 1963-cü ildə yaratdığı şirkətlərin sayı 25-ə çatdı və qrup yeni təşkilat yaradaraq holdinq statusunu aldı. Vehbi Koç 1984-cü ildə idarə heyətinin sədrliyini öz oğlu Rəhmi Koça, Rəhmi Koç isə öz növbəsində 2003-cü ildə həmin vəzifəni oğlu Mustafa Koça ötürmüşdür. Mustafa Koçun vəfatından sonra Koç Holdinq İdarə Heyəti tərəfindən İdarə Heyətinin sədri vəzifəsinə Ömər M. Koç, İdarə Heyəti sədrinin müavini vəzifəsinə isə Ali Y. Koç təyin edilmişdir. Holdinq 2020-ci ildə Fortune jurnalının dünyanın 500 ən böyük sənaye şirkəti (Fortune Global 500) siyahısında 471-ci yeri tutmuşdur. İstanbul Sənaye Palatası tərəfindən hazırlanmış "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi"nin 2019-cu il sorğusunda Koç Qrupuna bağlı 4 şirkət ilk 10-luqda öz yerlərini tutmağa nail olmuşdur.
Garant Holdinq
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Sosium holdinq
"Socium" holdinqi 10 iyun 1988-ci ildə, Bakıda anadan olan alim, sahibkar, ictimai xadim, xeyriyyəçi İqor Aşurbəyli tərəfindən təsis edilib. O, ölkədəki ilk kommersiya təşkilatlarından biridir, belə ki, yaradılma tarixi SSRİ-da Kooperasiya haqqında Qanunun qəbul edildiyi günlə üst-üstə düşür. "Socium" – beynəlxalq çoxprofilli holdinqdir. Fəaliyyət sahəsi diversifikasiyalıdır: daşınmaz əmlakın idarə olunması, bank sektorunu, IT-sənayesini, kənd təsərrüfatını, elmi-texniki ixtiraları, tibbi təyinatlı malların istehsalını, mühafizə xidmətini və s. əhatə edir. Şirkətlər qrupunun 2022-ci ilə olan aktivlərinin ümumi qiyməti 13,9 milyard rub. təşkil edib. Aktivlərinin strukturu aşağıdakı qaydada paylaşdırılıb: daşınmaz əmlak – 58%, xidmətlər – 33%, istehsalat – 9%. Fəaliyyətin əsas göstəriciləri (2022): 4,4 mlrd.rub. – holdinqin illik gəliridir; 1,8 min vahid – texnoloji avadanlıqlar parkıdır; 260 min.
Kodak şirkəti
Kodak — fototexnika və kinoməhsullar istehsal edən məşhur ABŞ şirkəti. Mənzil-qərargahı ABŞ-nin Nyu-York ştatının Roçester şəhərində yerləşir. Şirkət səhmləşdirilib və azad satışdadır. 2011-ci ilin yanvarına əsas səhm sahibləri aşağıdakılar idi: Legg Mason Capital Management (21,6 %). Vanguard Group (5,5 %). BlackRock Institutional Trust Company (5,1 %).
Pulman şirkəti
Pulman şirkəti (ing. Pullman Company) — 1867-ci ildə Corc Pulman tərəfindən yaradılmış şirkət. Şirkət dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olur. ABŞ-də iqtisadi inkişafın yaşandığı illərdə, ölkənin dəmiryol vaqonlarına olan ehtiyacını tək başına ödəyən şirkət, bu gündə fəaliyyətini davam etdirir. Pulman şirkətinin işçiləri yaxşı iş şəraitinin yaradılması və maaşların artırılması kimi tələbərlərlə, şirkət yarandığı gündən etibarən tətil keçirmişdilər. Şirkət daxilində fəaliyyət göstərən kuriyer sindikatının işçiləri XX əsrin əvvələrində əsasən qara dərili şəxslərdən təşkil olunmuşdu. Həmin sindikat ABŞ-də fəaliyyət göstərən ən böyük afroamerikalı sindikatı idi. Corc Pulman bir gün dəmiryolu ilə uzun səfərə çıxır. Səfər narahat şəkildə keçir. Özü və digər sərnişinlər, vaqonların şəraitsiz və narahat olmasında, gecəni yata bilmirlər.
Səsyazma şirkəti
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi əsərlərinin istehsalı, təbliği və distibusiyası üzrə ixtisaslaşmış şirkət. Səsyazma leyblları yeni musiqiçilərin üzə çıxarılmasında və populyar edilməsində mühüm əhəmiyyət kəsb edir. İstedadlı musiqiçilərin uğuru böyük ölçüdə leyblların dəstəyinə əsaslanır. Leyblların A&R nümayəndələri potensialı olan sənətçiləri kəşf edir və onlarla tərəfdaşlığın şərtlərini əks etdirən müqavilələr bağlayır. Leybllar musiqi karyerasına başlamaq istəyən sənətçilər üçün vacib tərəfdaşlar hesab olunur. Sənətçinin musiqisinin daha geniş auditoriyaya çatdırılması işi də məhz leyblların üzərinə düşür. Leybllar mahnıların radioda yayımlanması, albomların satışa çıxarılması, müəllif hüquqlarının qorunması, prodüserlərin tapılması, konsert turlarının təşkili və musiqi videolarının istehsalı kimi şeylərdən məsuldurlar. Leybllar səsyazmaların satışından və oxunmasından əldə edilən gəliri toplayır və müqavilələrinə uyğun olaraq qonorarları sənətçilərinə geri paylayır. Gəlir bölgüsü müqavilələri sənətçi ilə leybl arasındakı müqavilənin şərtlərindən asılı olaraq dəyişir.
Venesiya şirkəti
Venesiya şirkəti (ing. Venice Company) — 1583-cü ildə Aralıq dənizindəki Venesiya koloniyaları və ətrafındakı ticarəti inhisara almaq üçün qurulan bir İngilis ticarət şirkəti. 1592-ci ildə Kraliça I Yelizavetanın təsdiqi ilə Türk Şirkəti (1581) ilə Levantin Şirkətini qurdu. Venesiya şirkəti, 1583-cü ildə Tomas Kordell, Vilyam Harvey və Edvard Holmden tərəfindən 7 il müddətinə ticarət şirkəti olaraq qeydiyyata alındı. Vəziyyəti İngilis istehsalı olan malların, ümumiyyətlə yun parçaların şərq mallarına, xüsusən ədviyyatlara və ipək parçalara dəyişdirilməsi idi. 1592-ci ildə, Türk və Venesiya şirkətlərinin hər iki nizamnaməsinin bitməsindən sonra Kraliça I Yelizaveta, Osmanlı İmparatorluğu ilə ticarət və siyasi ittifaqları davam etdirməyə çalışdığı üçün hər iki şirkətin Levantin şirkətinə birləşdirilməsinə dair bir nizamnamə təsdiqlədi. Kordell və Paul Baining, Levantin şirkətinin quruluşundan sonra qatıldı. Andrews K. Elizabethan Privateering, 1583—1603. Cambridge University Press, 1964. Andrews K. Trade, Plunder and Settlement: Maritime Enterprise and the Genesis of the British Empire, 1480—1630.
Virciniya şirkəti
Virciniya şirkəti (ing. Virginia Company) — iki ingilis səhmdar cəmiyyətinin adı: London və Plimut şirkətləri. Hər iki şirkət 1606-cı ildə Şimali Amerikanı ticarət etmək və müstəmləkə etmək üçün Riçard Hakluytun köməyi ilə quruldu. London şirkəti Atlantik Okeanının sahilindəki 34 və 41 paralellər arasında əraziyə mülkiyyət qazandı. Plimut şirkətinin ərazisi 38 ilə 45 paralel arasında idi. Londonlular 1607-ci ildə Ceyms Çayı üzərində Ceymstaun koloniyasını qurdular; Plimutlar, üstəlik, Kennebek çayı üzərində Papa Koloniyasını qurdular. 1609-cu ildə Plimut şirkəti fəaliyyətini dayandırdı və bütün torpaqlar London şirkətinin mülkiyyətinə keçdi. Maliyyə baxımından şirkət uğurlu olmadı və hətta yeni kapital toplamaq üçün bir lotereyaya müraciət etdi. Şirkət 1624-cü ildə Virciniyaya sahib olmaq və idarə etmək üçün patentini itirdi və Virciniya İngilis müstəmləkəsi oldu. Bu hadisə, əsasən 1622-ci ildə Ceymstaunda Hindistan qırğınının nəticəsi idi.

Digər lüğətlərdə